"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi

19:39 - 7 Avqust 2026

“Sumqayıt” bu gün Qəbələ toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, komandamız Qəbələ şəhər stadionunda Qətər təmsilçisi “Əl-Xaraitiyat” ilə qarşılaşıb.

Öncədən əldə olunmuş razılığa əsasən ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edən matçda hesab açılmayıb (0:0)

Xəbər xətti