"Arsenal" İstanbul klubundan 60 milyon avro tələb edir

15:50 - 7 Avqust 2026

"Arsenal"ın futbolçusu Qabriel Martinelli karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

İngiltərə çempionu 25 yaşlı ön xətt oyunçusu üçün İstanbul klubundan 60 milyon avro tələb edir.

Qeyd edək ki, Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edir. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 53 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti