"Barselona"nın sabiq futbolçusu MLS klubuna keçir

18:19 - 7 Avqust 2026

"Komo"dan ayrılan Serxi Robertonun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını ABŞ-də davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Roberto "Los-Anceles Qalaksi" ilə anlaşıb. 34 yaşlı futbolçu yaxın günlərdə MLS klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Serxi Roberto 2024-cü ilin yayında "Barselona"dan "Komo"ya keçmişdi. İspaniya millisinin sabiq üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti