"Milan"la müqaviləyə xitam verdi - Qətər klubunda çıxış edəcək

22:43 - 7 Avqust 2026

İsmael Bennaser “Milan”dan ayrılıb.

Sportal.az xəbər verir ki, "Milan" 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verildiyini açıqlayıb.

Əlcəzairli futbolçu 2019-cu ildən Milan klubunda çıxış edirdi. Ötən mövsümü isə icarə əsasında "Dinamo" (Zaqreb)də keçirib.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Bennaser karyerasını Qətərin "Əl-Qarafa" klubunda davam etdirəcək.

Xəbər xətti