"Qalatasaray" “Lokomotiv”in yarımmüdafiəçisi Aleksey Batrakov üçün təklifini 20 milyon avrodan 25 milyon avroya qədər artırıb.
Sportal.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Türkiyə klubunun rəhbərliyindən transferi mümkün qədər tez başa çatdırmağı xahiş edib.
Batrakov “Qalatasaray”da çıxış etmək istəyir. Buna əsas səbəblərdən biri İstanbul klubunun Çempionlar Liqasında iştirak etməsidir.
Transferin ümumi məbləğinə futbolçunun agentlərinə ödəniləcək təxminən 3 milyon avro komissiya da daxildir. Agentlərə bu məbləğin artırılmayacağı bildirilib.
saytlarin hazirlanmasi
