2027 İspaniya Superkuboku harada keçiriləcək? - İstanbul da namizəddir

23:56 - 7 Avqust 2026

2027-ci il İspaniya Superkubokunun keçirilməsi üçün bir neçə məkan nəzərdən keçirilir.

Sportal.az xəbər verir ki, turnir gələn ilin fevralında keçiriləcək. Yarışda İspaniya çempionu "Barselona", ölkə kubokunun qalibi "Real Sosyedad", La Liqanın gümüş medalçısı "Real" və kubokun finalçısı "Atletiko" iştirak edəcək.

As nəşrinin məlumatına görə, turnirin keçirilməsi üçün ən real variant Mayami hesab olunur. Namizədlər siyahısında ikinci yerdə İstanbul, üçüncü yerdə isə Qətər qərarlaşıb. Superkubok matçlarının harada keçiriləcəyi ilə bağlı qərarın gələn cümə axşamı qəbul edilə biləcəyi bildirilir.

Xəbər xətti