"Barselona"nın müdafiəçisi Ronald Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Liverpul" uruqvaylı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mersisayd təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisini bir mövsümlük icarəyə götürəcək.
Qeyd edək ki, Uruqvay millisinin üzvü olan Ronald Arauxo 2025/26 mövsümündə "Barselona"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi
