"Hamı çempiona meydan oxumaq istəyir, bizi məğlubedilməz komanda kimi görürlər"

09:47 - 8 Avqust 2026

“İnter”in baş məşqçisi Kristian Kivu A seriyasında 2026/2027 mövsümdəki mübarizədən bəhs edib.

Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, rumın mütəxəssisin fikrincə, hazırkı çempionluğu qorumaq çətin olacaq:

“Yeni mövsümdəki rəqabət haqda hələ düşünməmişəm. “Köhnə tanış” komandalar bizə çox problem yaradacaq. Hər kəs İtaliya çempionu olaraq, bizə meydan oxumaq istəyir. Onlar bizi məğlubedilməz komanda kimi hesab görürlər. Zaman hər şeyi göstərəcək".

Qeyd edək ki, son mövsüm İtaliya A seriyasının çempionu "İnter" olub.
 

Xəbər xətti