"Trabzonspor" dünya ulduzu və Super Liqaya gəlmiş ən böyük transferlərdən biri olan Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, misirli vingerin "Papara Park"da keçirilən imza mərasimini 40 min nəfər izləyib. Salahın həm hava limanındakı qarşılanmadan, həm də stadionun atmosferindən olduqca təsirləndiyi müşahidə olunub.
Trabzondakı ilk günlərində özü üçün xüsusi olaraq hazırlanmış bir otelin lüks otağında qalan futbolçunun yaşayacağı yer müəyyənləşib. Salah və ailəsinin bəyəndiyi Yalıncak ərazisindəki villada lazımi bütün tənzimləmələr və hazırlıqlar qüsursuz şəkildə başa çatdırılıb.
33 yaşlı oyunçunun ailəsinin də çox qısa müddət ərzində Trabzona gələrək bu malikanəyə köçəcəyi bildirilib. Villanın dəyərinin 125 milyon lirə (təxminən 4,5 milyon manat) olduğu qeyd edilib. 450 kvadratmetrlik lüks malikanə 8 otaqlıdır. Villada, həmçinin 6 ədəd hamam mövcuddur.
saytlarin hazirlanmasi
