Lionel Messinin atası vəfat etdi

16:10 - 8 Avqust 2026

Argentina milli komandasının və "İnter Mayami"nin kapitanı Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

Sportal.az xəbər verir ki, bu barədə "Infobae" nəşri məlumat yayıb.

Ölüm avqustun 7-si axşam saatlarında onun uzun müddət müalicə aldığı Rozarionun klinikalarından birində baş verib.

Dünya çempionatı zamanı Lionel Messi vurduğu qollardan birindən sonra ailə vəziyyəti ilə əlaqədar çətin dövr keçirdiyini bildirmişdi. Daha sonra məlum olub ki, onun atası həkimlərin daimi nəzarəti altında olub.

​Xorxe Messi Argentinada anadan olub. O, ixtisasca texnik-kimyaçi idi və uzun illər "Acindar" müəssisəsində çalışaraq sonradan rəhbər vəzifə tutub.

Xorxe gəncliyində həm də futbolla bağlı olub. O, "Nyuells Old Boys"da məşq edib.


Xəbər xətti