Millimiz Estoniyaya qalib gəldi

16:56 - 8 Avqust 2026

Basketbol üzrə 18 yaşadək qızlardan ibarət  Azərbaycanın millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, təmsilçimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 74:71.

Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək.

Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub. Komanda 17-20-ci yerlər uğrunda matçda isə Şimali Makedoniyaya 75:73 hesabı ilə qalib gəlib.

Xəbər xətti