"İmişli" Quba ilə vidalaşdı

14:05 - 8 Avqust 2026

"İmişli" ötən mövsüm ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, bununla bağlı bölgə təmsilçisinin mətbuat xidməti paylaşım edib:

"Ötən mövsüm ərzində oyunlarımızı keçirdiyimiz Quba Olimpiya İdman Kompleksinə göstərilən diqqət, yaradılan şərait və qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk.

Bu müddət ərzində bizə göstərilən dəstəyə görə kompleksin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarıq.

Qubada keçirdiyimiz oyunlar və yaşadığımız xoş xatirələr klubumuzun tarixində öz yerini tutacaq.

Təşəkkürlər, Quba Olimpiya İdman Kompleksi!"

Qeyd edək ki, "İmişli" 2026/27 mövsümündə rəqiblərini Yevlax şəhər stadionunda qəbul edəcək.

Xəbər xətti