"Qarabağ" 2,5 milyon dollarlıq təklifi qəbul etməyib

13:43 - 8 Avqust 2026

"Qarabağ" Pedro Bikalyo üçün gələn iki təklifi rədd edib.

Sportal.az xəbər verir ki, bu barədə "Ge Globo" nəşri məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçinin karyerasını ölkəsində davam etdirmək ehtimalı olub. "Botafoqo" bu yay Bikalyo üçün 1,5 milyon dollarlıq təklif göndərib. Azərbaycan klubu bu təklifi qəbul etməyib.

Qış transfer pəncərəsində isə Rusiyanın "Rubin" klubu 25 yaşlı futbolçu üçün "Qarabağ"a rəsmi müraciət edib. 2,5 milyon dollarlıq bu təklif də rədd edilib.

Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ilin yayından "Qarabağ"da çıxış edir.

Xəbər xətti