PSJ "Barselona"nın futbolçusu ilə razılığa gəldi

23:29 - 8 Avqust 2026

Paris Saint-Germain F.C. “Barselona”ya Ferran Torreslə razılığa gəldiyini bildirib.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Paris klubu Kataloniya təmsilçisini futbolçu ilə müqavilənin şərtləri üzrə şifahi razılığa gəldikləri barədə rəsmi şəkildə məlumatlandırıb.

Həmçinin Çempionlar Liqasının qalibi İspaniya çempionuna 2026-cı il Dünya Kubokunun finalında qələbə qolunun müəllifi olan futbolçu üçün yaxın zamanda rəsmi təklif göndərəcəklərini bildirib.

Yaxın günlərdə tərəflər arasında danışıqların daha da intensivləşməsi gözlənilir.

Xəbər xətti