Dortmund “Borussiya”sı 19 yaşlı “Köln” hücumçusu Said El Malanın transferi üzərində işini davam etdirir.
Sportal.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb. Dortmund klubu gələn həftənin əvvəlində yeni təklif göndərmək niyyətindədir. Bonuslar da nəzərə alınmaqla transferin ümumi məbləği təxminən 50 milyon avro ola bilər.
“Borussiya”nın əvvəlki təklifi 37 milyon avro + 8 milyon avro bonus “Köln” tərəfindən rədd edilib. Almaniya klubu futbolçu üçün məhz 50 milyon avro sabit ödəniş tələb edir. Danışıqlarda ödənişlərin strukturu da mühüm rol oynayır.
El Mala “Borussiya”nın prioritet transfer hədəfi hesab olunur. Mümkün keçidi klub rəhbərliyi və baş məşqçi Niko Kovaç dəstəkləyir. Kovaç artıq futbolçu ilə şəxsən danışıb. Bununla belə, Dortmund klubu transfer üçün 50 milyon avroluq xərc limiti müəyyənləşdirib və bu məbləği aşmaq niyyətində deyil.
El Mala ilə Almaniya millisinin baş məşqçisi Yurgen Klopp da danışıb. Klopp futbolçunu gələcəkdə milli komanda üçün vacib oyunçulardan biri kimi görür. Klopp həmçinin El Malanın karyerasını məhz Dortmund “Borussiya”sında davam etdirməsinin tərəfdarıdır.
Qeyd edək ki, ötən mövsüm Bundesliqada El Mala 34 oyunda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının ən məhsuldar futbolçusu olub.
saytlarin hazirlanmasi
