"Tottenhem"in yarımmüdafiəçisi Konor Qallaher karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Qallaheri icarəyə götürmək istəyir. "Beşiktaş" artıq bununla bağlı London klubuna rəsmi təkliflə müraciət edib.
Qeyd edək ki, 26 yaşlı Konor Qallaher bu ilin yanvarında "Atletiko"dan "Tottenhem"ə transfer olunub.
saytlarin hazirlanmasi
