“Araz-Naxçıvan”ın sabiq hücumçusu Ramon Maçado Malayziyaya yollanıb.
Sportal.az xəbər verir ki, braziliyalı forvard özünə Premyer Liqamızda komanda tapa bilmədiyi üçün Asiya klubuna keçidə razı olub.
O, “Star Siti” ilə 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Ramon ölkəmizdə "Neftçi" və "Qəbələ"nin də formasını geyinib.

