Millimizin sabiq yarımmüdafiəçisi "Kəpəz"də

20:41 - 10 Avqust 2026

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir oyunçu ilə güclənib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin sabiq futbolçusu Namiq Ələsgərov yenidən kluba qayıdıb. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “sarı-göylər”in formasını geyinəcək.

Namiq Ələsgərov son mövsümdə “Zirə”nin heyətində çıxış edib. 2015/2016-cı il mövsümünün ikinci yarısında “Kəpəz”in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namiq Ələsgərov Azərbaycan millisinin də formasını geyinib.

Xəbər xətti