"Qarabağ"ın sabiq futbolçusu Kevin Medinanın formasını geyindiyi "Johor Darul Tazim" yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Malayziya təmsilçisi "Çelsi" ilə üz-üzə gəlib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Medina bu matçda 90 dəqiqə meydanda olub. "Johor Darul Tazim"də çıxış edən Azərbaycan milli komandasının sabiq üzvü Eddi İsrafilov da bu görüşdə iştirak edib. Oyuna start heyətində başlayan 34 yaşlı yarımmüdafiəçi 82-ci dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi
