"Bu şərtlər altında oynamağa məcburuq" - "Orhus"un baş məşqçisi

20:59 - 10 Avqust 2026

"Orhus" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Sabah"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Poulsen matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 43 yaşlı mütəxəssis pley-offa yüksəlmək üçün mübarizə aparacaqlarını bildirib:

“Ümid edək ki sabah yaxşı oyun sərgiləyəcəyik. Uzun yol qət etmişik. Həftəsonu oyun keçirməmişik. Bu fasilə bizə çox yaxşı təsir etdi. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün oynayacağıq. Heyətdə zədəli futbolçular var idi. Artıq sağalıblar, oynayacaqlar. Sabah üstün olan tərəf növbəti mərhələyə yüksələcək. Hava istidir, amma bu şərtlər altında oynamağa məcburuq”.

Xəbər xətti