"Atalanta" Maldinini icarəyə verdi

16:18 - 9 Avqust 2026

"Atalanta" yarımmüdafiəçi Daniel Maldinini icarəyə verib.

Sportal.az xəbər verir ki, A Seriyası klubu italiyalı futbolçunu "Kalyari"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumameyilli yarımmüdafiəçi 2026/27 mövsümünün sonuna kimi "qırmızı-mavilər"in formasını geyinəcək.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Daniel Maldini ötən mövsümün ikinci yarısında icarə əsasında "Latsio"da çıxış edib. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti