Komanda noyabrın 25-də yola düşəcək
Azərbaycan çempionu "Qarabağ" noyabrın 27-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada "Sent-Etyen"lə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, komandamız bunun üçün ayın 25-də səfərə çıxacaq.
Ağdam təmsilçisi həmin gün saat 16:30-da yola düşəcək. Oyundan iki gün öncə Sent-Etyenə yollanmaqda məqsəd futbolçuların yerli şəraitə uyğunlaşmasına nail olmaqdı.