Komandamız Fransaya tam heyətlə gedib
Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen"lə qarşılaşacaq "Qarabağ" klubu bu gün Fransaya yola düşüb.
Sportal.az xəbər verir ki, son Azərbaycan çempionu çarter reysi ilə Sent-Etyen şəhərinə yollanıb.
Zədə səbəbindən "Sent-Etyen"lə qarşılaşmada oynamayacaq Reynaldo, Çumbinyo və Danilo Diaş, eləcə də Avroliqadan kənarda qalan İnnosent Emeqara da Fransaya aparılıb.
Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" oyunu noyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.