Komanda Qəbələyə daha sonra isə Zaqatalaya gedəcək
Avroliqanın qrup mərhələsinin 5-ci turunda səfərdə “Sent Etyen”lə heç-heçə oynayan (1:1) “Qarabağ” vətənə qayıdır.
Sportaı.az xəbər verir ki, qrup mərhələsindəki son səfər matçında 1 xal qazanan komandamız məskunlaşdığı Bakıya qayıtmayacaq. Ağdan təmsilçisi Sent-Etyendən çarter reysi ilə Qəbələyə yollanacaq. Komanda oradan isə Zaqatalaya gedəcək. Son Azərbaycan çempionu bazar günü Premyer Liqanın 14-cü turunda səfərdə “Simurq”la qarşılaşacaq.
Qeyd edək ki, "Simurq" - "Qarabağ" matçı 30 noyabr saat 17:00 da başlayacaq
saytlarin hazirlanmasi