"Qarabağ"ın futbolçusu zədəsini sağaltdı

19:45 - 5 Dekabr 2014

Gənc yarımmüdafiəçi məşqlərə başladı

 

Həm Premyer Liqa, həm Azərbaycan Kuboku, həm də Avrokubokda yoluna inamla davam edən “Qarabağ” həftəsonu “Neftçi” ilə keçiriləcək prinsipial oyuna hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komandanın zədəli futbolçularından biri artıq sıraya dönüb.

Söhbət gənc yarımmüdafiəçi Cavid Tağıyevdən gedir. 22 yaşlı futbolçu bu gündən etibarən kollektiv məşqlərə qoşulub. Lakin braziliyalı hücumçular Danilo Dias və Reynaldo Silvanın durumu qeyri-müəyyən olaraq qalır. “Neftçi” ilə matçı buraxacaq “sambaçılar”ı klubun həkimləri “İnter”lə avrokubok oyununa yetişdirməyə çalışır.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu dekabrın 7-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

 

Mənbə:apasport.az

Xəbər xətti