Musa Qurbanlı "Qarabağ"a iki qol vurdu
Bu gün Azərbaycan U-12 liqasında növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu turda "Neftçi və "Qarabağ" klubları üz-üzə gəliblər. Qarşılaşma "Neftçi"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu görüşdə qollardan ikisini "Neftçi"nin U-12 komandasında çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu, Musa Qurbanlı vurub.