Oyunda çexiyalı hakimlər
Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, dekabrın 11-də keçiriləcək oyunu çexiyalı hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi Miroslav Zelinka olacaq. Ona Ondrjey Pelikan və İrji Molaçek köməklik göstərəcəklər. Matçın dördüncü hakimi Antonin Kordula olacaq.
Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.