Futbolçular sadəcə meydanın vəziyyəti ilə tanış olacaqlar
Avropa Liqasının qrup mərhələsinin son turunda sabah "İnter"lə qarşılaşacaq "Qarabağ" klubunun bu gün saat 18:30-a nəzərdə tutulan məşqi ləğv edilib.
Sportal.az xəbər verir ki, bu məlumatı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib.
Q.Qurbanov buna stadionun ot örtüyünün yüklənməsinin səbəb olduğunu bildirib. Məşq keçirilməsə də, futbolçular stadiona gələrək meydanın vəziyyəti ilə tanış olacaqlar.