"Qarabağ"ın qolkiperi hakimləri ittiham etdi
“Çox məyusuq. Növbəti mərhələyə vəsiqə qazanmaq bizim haqqımız idi. Amma hakimlər buna imkan vermədi”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və herseqovinalı qolkiper “İnter”lə keçirilən Avropa Liqası qarşılaşmasından sonra məyus olduqlarını deyib: “Azərbaycan futbolunda yeni tarix yaza bilərdik. Oyun baxımından bunu bacardıq da. Sadəcə, bizdən asılı olmayan səbəblərə görə, mübarizəni dayandırdıq. İndi 1/16 final haqda düşünə bilərdik. Təəssüf. Yenə də düşünürəm ki, bu mövsüm böyük təcrübə topladıq. Azarkeşlərimizə bizi sona qədər dəstəklədikləri üçün təşəkkür edirəm”.
saytlarin hazirlanmasi