Klub rəhbərliyi və baş məşqçi mətbuat konfransı keçirəcək
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır. Sportal.az xəbər verir ki, bu barədə apasport.az saytına Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdı: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.
Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək.
Xatırladaq ki, matçın 90+5-ci dəqiqəsində “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda topu qapıdan keçirsə də, Zelinka epizodun ofsayd olduğunu iddia edib.
saytlarin hazirlanmasi