Zəfərimizdəki kədər

23:45 - 12 Dekabr 2014

"Bu olay, cok enteresan"

 

"Qarabağ"ın rəsmi saytında "Zəfərimizdəki kədər" başlıqlı yazı dərc olunub.

 

Sportal.az həmin yazını təqdim edir.

 

Dünən Avropa Liqasının VI turu çərçivəsində baş tutan "Qarabağ" - "İnter" (İtaliya) görüşündə baş vermiş haqsızlıq bütün ölkəni məyusluğa qərq etdi. Milyonlarla azarkeşimiz 90+4-cü dəqiqədə gələn qolla sevinc fırtınası yaşasa da, hakimlər briqadası `Qarabağ` qaydalar çərçivəsində vurulmuş qolunu qeydə almadı. Belədə tarixində ilk dəfə Avropa Liqasında iştirak edən "Qarabağ"ımız 6 xalla qrupu 3-cülüklə bitirdi. Halbuki, o qol sayılsaydı, "Qarabağ"ımız 8 xalla 2-ci olaraq növbəti mərhələ adlayacaqdı..

 

Hər şey çox gözəl başlamışdı. Ölkə futbol tarixində görünməmiş ajiotaj məhz "Qarabağ"ın adıyla bağlıydi.

 

İlk dəfə biletlər satışa çıxan kimi 10 min bilet öz sahibini tapdı.

 

İlk dəfə insanlarımız böyük ümidlərə sarıldı.

 

İlk dəfə insanlarımız bu qədər "Qarabağ"la Qarabağa yaxınlaşdıqlarını hiss etdilər.

 

İlk dəfə dünya nəhəngi, 4 il bundan öncə Çempionlar Liqasının qalibi olan "İnter"lə oyunda qələbə həzzini yaşamaq üçün bütünləşmişdilər...

 

Onlar inanmışdı..Hamı inanmışdı..

 

"Qarabağ" oyuna ümidlə, zəfər eşqiylə başladı.

 

31000 stadionda, 9 milyon vətəndaş və yer üzərində "Qarabağ" sevdasıyla yaşayan milyonlarla insanla birlikdə..

 

Stadiona "Qarabağ" bayraqlarıyla rövnəqlənmiş insanlar növbəti mərhələ həyəcanına bürünmüşdülər.

 

Hər kəs və hər şey tarixi zəfər üçün hazır idi..

 

Stadiona daxil ola bilməyən 10 000 insan isə "qolll" səsini duymaq intizarında idilər.

 

O, "qolll" səsi isə..bizi həm ağladıb, həm də ağladacaqdı..

 

İlk hissədən sonra hər 2 oyunda bərabərlik qeydə alındı. Bu nəticə "Qarabağ"ın növbəti mərhələ üçün kifayət edirdi. Amma insanların qulağı Kiyevdə olsa da, "Qarabağ"dan qələbə gözləyirdilər. Buna o qədər inanırdılar ki, hətta "Dnepr" qol vuranda belə "Qarabağ"dan ümidini üzmədilər. "Qarabağ"ı daha da hücumlara səslədilər, "Qarabağ"a növbəti tura çağırdılar. Bu tur üçün sadəcə, 1 dəfə "qollll" deyə sevinmək lazım idi...

 

Və o an...O, qol...Zəfər anı...İfadəolunmaz hisslər..bir-birinə qarışmış göz-yaşları, titrəyən ürəklərdə "Qarabağ"ın zəfərinin təntənəsi...9 saniyədə Qarabağı belə bizə qaytardılar.. Və sonra... O, məşum qərar..

 

O sevinc qucaqlaşması, ürəkləri riqqətə gətirən zəfər hayqırtıları hakimin yanlış qərarıyla üzüntü selinə döndü..

 

İnsanların üzüntüsü göz yaşlarına doldu. Uzun bir yoldan gələn "Qarabağ"ı son anda haqq etdiyi qapıdan döndərdilər. Milyonları sevinci puç etdi bir haqsız qərar...

 

 Təbii ki, bütün üzülənlərin başında bu "Qarabağ"ın memarı Tahir Gözəl gəlir. Tarix yazmış "Qarabağ"ı  ilk günlərdən qəbul edib mənəvi və maddi dəstəyini əsirgəməyən Tahir Gözəl "Qarabağ"ın haqqının qorunması, haqq səsimizin eşidilməsi üçün mümkün olan hər şeyi edir.

 

Hamıdan çox sevinən, hamıdan çox üzülər...Tahir Gözəl kimi..

 

O, üzüntüsünü, sevincə çevirib xalqın haqq etdiyi zəfərə qovuşdurmaq üçün dərhal işə başladı.

 

Artıq, UEFA-ya müraciət edilib, AFFA, PFL-lə birlikdə məlum hadisəylə bağlı bütün texniki incəliklər öyrənilir. Dünya ictimayyətinə baş vermiş haqsız olayla bağlı informasiyalar göndərilir.

 

Tahir Gözəl Türkiyə, dünya müxtəlif yerlərində yaşayan dostlarına baş verən haqsızlıq haqqında məktublar göndərib.

 

Tək  bir tələb var: "Qarabağ"ın haqqını sona qədər qorumaq!

 

Tahir Gözəl öz əlaqələri vasitəsiylə məsələnin hərtərəfli olaraq işıqlandırımasına cəhd edir.

 

Amma Türkiyəyə göndərilmiş bir məktubundakı cümlə yaşanan olayların ən dəqiq tərənnümüdür:

 

Değerli Abim,

 

Dün akşam, bizi derinden sarsan ve Qarabağ ile ilgili travmalarımızı tazeleyen haksız hakem kararı konusundakı bilgiler ektedir. Bu olay, cok enteresan. Çünkü, objektif ve basit bir hakem hatası tanımını  koymak icin, insanın hayal gücünün dahi zorlandıgı bir pozisyonla karşı karşıyayız.

 

Türkiye Azerbaycana ve Karabağa sahip cıkmalı. Bu trajediyi lütfen izleyin ve izletin. Takdir sizlerin.

 

Tarihi bir zaferimizin ortasındakı hüznümüz

 

"Zəfər içindəki kədərimiz"…Necə dəqiq işlənmiş ifadədir.

 

Tarixi zəfər içində kədər bir gözünün gülüb bir gözünün ağlamasına bənzəyir. Gözümüzün yaşını (kədəri) silib gülüşümüzü (zəfərimizi) hiss etməliyik.

 

P.S. Hazırda türkiyəli vəkil "Qarabağ"ın hüququnun bərpa edilməsi üçün mübarizə aparır. Bu yöndə çalışmalar davam edir. Vəkildən gələn cavaba əsasən Tahir Gözəl İsveçrəyə getməyə hazırlaşır.  "Qarabağ"ın haqqını qorumaq üçün.. O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə `Qarabağ`ın hüquqularını qorumaq üçün görüşlər keçirmək istəyir.

 

P.P.S.  O, hər şeyə hazırdır…Zəfərimizdən kədərimizi təmizləmək üçün..

Xəbər xətti