Rəsmi müraciət olunub
"Qarabağ"ın vəkili Gurur Günal məlum məsələylə bağlı "Lider" TV-yə açıqlama verib.
Sportal.az sizə həmin açıqlamanı təqdim edir:
" Biz müraciətimizdə oyunun yenidən keçirilməsinə qərar verilməsini tələb etmişik.Əgər tələbimiz yerinə yetirilsə oyun yenidən keçiriləcək.Görüntüləri izləyərkən də görünür ki, 93:12-ci saniyədə azarkeşlər "qol" deyə ayaga qalxır, tabloda da hesab 1-0 olaraq yazılır.Təxminən 30 saniyə sonra hakim köməkçiləri ilə danışaraq ofsayd qərarı verir.Bu 30 saniyədən sonra boşa gedən 18 saniyəlik bir vaxt da var.Bütün bunların nəzərə alınması lazımdı.Videoları təkrar-təkrar izləyərkən hamısı açıq-aşkar görünür.Bu iddialarımızı dəyərləndirsələr,oyunun nəticəsinin dəyişməsinə təsir edən vəziyyətin oldugu qənaətinə gəlsələr etiramızı qəbul edəcəklər."
saytlarin hazirlanmasi