Görüş artıq təyin olunub
"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə keçirilən oyunun son dəqiqələrində baş hakim Miroslav Zelinkanın qeydə almadığı qolla bağlı UEFA-nın Nizam-İntizam Komitəsinə müraciət etməsi ilə bağlı xəbər vermişdik.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək.
Klub rəsmisi UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə "Qarabağ"ın hüquqlarını qorumaq üçün görüşlər keçirəcək. Artıq UEFA Avropa Liqası yarışının direktoru Giorgi Marketti ilə görüş günü təyin edilib.
saytlarin hazirlanmasi