Görüş keçiriləcək
Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə bu gün görüşəcək.
Sportal.az "Report"a istinadən xəbər verir ki, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq. Ə.Çəlikəl vitse-prezidentin İsveçrəyə, sadəcə, UEFA rəsmiləri ilə görüş təyin etmək üçün getdiyini bildirib.
Qeyd edək ki, "İnter" komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar "Qarabağ" UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq.
saytlarin hazirlanmasi