Yubiley oyununu keçirdi
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yubiley oyununu keçirib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb.
Bu əlamətdar hadisə Topaz Premyer Liqasının XVII tutuna təsadüf edib. “Xəzər Lənkəran”la səfər oyunu Rəşad üçün 250-ci olub. 2000/01 mövsümündə debüt edən müdafiəçi 3 klubda keçirdiyi 14 mövsümdə 250 matça 14 qol vurub.
Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatlarında 250 və daha çox oyun keçirən 42-ci futbolçudur.
mövsüm |
klub |
oyun |
qol |
2000/01 |
Turan (Tovuz) |
9 |
|
2001/02 |
Neftçi (Bakı) |
24 |
|
2003/04 |
Neftçi (Bakı) |
16 |
1 |
2004/05 |
Neftçi (Bakı) |
32 |
|
2005/06 |
Neftçi (Bakı) |
13 |
|
2006/07 |
Neftçi (Bakı) |
12 |
2 |
2007/08 |
Neftçi (Bakı) |
19 |
5 |
2008/09 |
Neftçi (Bakı) |
9 |
|
2009/10 |
Qarabağ (Ağdam) |
20 |
1 |
2010/11 |
Qarabağ (Ağdam) |
14 |
|
2011/12 |
Qarabağ (Ağdam) |
27 |
2 |
2012/13 |
Qarabağ (Ağdam) |
25 |
3 |
2013/14 |
Qarabağ (Ağdam) |
25 |
|
2014/15 |
Qarabağ (Ağdam) |
5 |
|
|
Cəmi |
250 |
14 |
|
Turan (Tovuz) |
9 |
|
|
Neftçi (Bakı) |
125 |
8 |
|
Qarabağ (Ağdam) |
116 |
6 |