"Qarabağ" Emeqara ilə yeni müqavilə bağlaya bilər

18:05 - 22 Dekabr 2014

İcraçı-direktordan açıqlama

 

“Onun gələcək taleyinə hələ aydınlıq gəlməyib. Ola bilsin ki, yenidən komandamıza qayıtsın”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl deyib.
 
Anasının səhhətində problem olduğu üçün ölkəsinə gedən İnnosent Emeqaranın “Qarabağ”dan ayrılma ehtimalı böyükdü.

Bunu komandanın baş məşqçisi Qurban Qurbanov da təsdiqləmişdi. Lakin Əmrah Çəlikəl hələ də İsveçrə millisinin hücumçusunun geri qayıdacağına inandıqlarını bildirib: “Emeqara ilə müntəzəm əlaqə saxlayırıq. Ümid edirik ki, problemini yoluna qoyar və “Qarabağ”a qayıdar. Bu məsələ ilə baş məşqçimiz xüsusi maraqlanır. Qurban Qurbanov Emeqara ilə yenə söhbət edəcək. Bu məsələdə son sözü də baş məşqçimiz deyəcək. Qurban Qurbanov futbolçunu razı sala bilsə, Emeqara ilə yeni 2,5 illik müqavilə imzalanacaq”.

 
Qeyd edək ki, Emeqara cari mövsümün gedişində “Qarabağ”la 3 ay + 2,5 illik müqavilə bağlamışdı.

 

Mənbə: apasport.az

Xəbər xətti