Səfər gecikib
"Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedə bilməyiblər.
Sportal.az xəbər verir ki, buna onların viza problemi ilə üzləşməsi səbəb olub.
Qeyd edək ki, gələn il yanvarın 14-də Ağdam klubunun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə üz tutacaqlar. Orada onlar "Ayaks", PSV, "Feyenoord" və "Utrext" kimi klubların bazasına baş çəkib, yerli çempionatın oyunlarını izləyəcəklər.
saytlarin hazirlanmasi