"Qarabağ" yağışlı havada belə məşq etdi

00:45 - 13 Yanvar 2015

Ağdam təmsilçisinin toplanışıda 2-ci gün   
 
“Qarabağ” komandası Antalyada təlim-məşq toplanışını davam etdirir.
 
Sportal.az xəbər verir ki, hazırlığın 2-ci günündə planda 2 məşq olsa da, hələlik bir məşq baş tutub.
 
Aralıq dənizi sahillərində havanın yenidən yağışlı-küləkli olmağa başlayıb. Buna baxmayaraq, komandanın 11-dəki çalışması baş tutub. “Qarabağ”ın məşqi 90 dəqiqə davam edib. Fiziki yükləmələrin ardından yarım meydanda ikitərəfli futbolla məşq başa çatıb. 

Xəbər xətti