Komanda iyunun 18-i bir araya gələcək
"Qarabağ" hazırda istirahətdədir.
Sportal.az xəbər verir ki, 2014-2015 mövsümünü “qızıl dubl”la başa vuran Ağdam klubunda legionerlər vətənlərinə yollansa da, milli futbolçular yığma ilə birlikdə hələ də təlim-məşq toplanışdadılar. Yeni mövsüm üçün “Qarabağ” iyunun 18-də yığışacaq. Çempionlar Liqasının II təsnifat mərhələsindən yarışa başlayacaq komanda təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. “Qarabağ” ötən il olduğu kimi bu il də Almaniya-Avstriya sərhədində yerləşən Kössendə hazırlıq keçəcək. Püşkün nəticəsindən asılı olaraq komandanın ölkəyə dönüş tarixi müəyyənləşəcək. ÇL-in qeyd olunan mərhələsinin oyunları 14,15 və 21,22 iyul tarixlərində keçiriləcək. Püşkə görə “Qarabağ” ilk oyunu evdə keçirməli olsa, iyulun 8-də Bakıya qayıdacaq.
saytlarin hazirlanmasi