Komanda iyunun 30-u ilk yoxlama matçına çıxacaq
	 
	"Qarabağ" Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 3 və ya 4 yoxlama oyunu keçirəcək. 
	 
	Sportal.az xəbər verir ki, "köhlən atlılar" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa qədər İyunun 30-u, İyulun 3-ü, 7-si və 8-də hazırlıq oyununa çıxmağı planlaşdırır.
	 
	Artıq ayın son gününə təyin olunmuş ilk oyunda məkan bəlli olub. İyunun 30-da "Qarabağ" "Ştutqart"ın 2-ci komandası ilə qarşılaşacaq. Oyun komandanın məskunlaşdığı Kössen qəsəbəsinin stadionunda keçiriləcək.
                      
saytlarin hazirlanmasi