Komanda hazırlıqlarını davam etdirir
"Qarabağ" Avstriyada təlim-məşq toplanşına davam edir.
Sportal.az xəbər verir ki, Kössen qəsəbəsindəki 2-ci gün yenə yağmurlu başlayıb. Artıq 2 gündü Alp dağlarının yamaclarında yağışların davam edir. Yağışların ara verməməsi komandanın səhər məşqinin trenajor zalında keçməsinə səbəb olub. 2-ci çalışma yerli vaxtla 19:00-da (Azərbaycan vaxtıyla 22:00) start götürüb. Məşq 1 saat 30 dəqiqə davam edib. Məlum səbəblərdən tam heyətlə çalışa bilməyən komanda toplu çalışmalardan yararlanıb.
Bu arada Dani Kintana, Ansi Aqollinin ardından daha 2 legioner komandanın düşərgəsinə qoşulub. Braziliyalılar Riçard Almeyda və Reynaldo səhər saatlarında komandanın məskunlaşdığı otelə gəliblər. Cənubi amerikalılar axşam yüngül məşqlə kifayətləniblər.
Komandanın bu günə 2 məşqi nəzərdə tutulub.
saytlarin hazirlanmasi