Ağdam təmsilçisi hazırlıqlarını davam etdirir
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Kössen qəsəbəsində məskunlaşan komandaın bugünkü çalışması yerli vaxtla 19:00-da (Azərbaycan vaxtıyla 22:00) baş tutdu.
Daha öncədən qeyd etdiyimiz kimi hazırda Avsriya-Almaniya sərhədində yağışlı hava şəraiti hökm sürür. Belə də Ağdam təmsilçisi səhər yenə də fitnes zalında məşqlə kifayətlənib.
Bu arada legionerlər də düşərgəyə qoşulmaqda davam edir. Daha əvvəl Riçard Almeyda və Reynaldo komandayaa qoşulmuşdusa dünən yay "pəncərə"sindəki ilk əcnəbi transferi Alharbi Jadeyaoui də səhər saatlarından komandanın düşərgəsindədir.
Elə axşam çalışmasında əlcəzair əsilli fransız da iştirak etdi. 90 dəqiqəyə yaxın davam edən çalışma daha çox fiziki yüklənməyə əsaslanmışdı.
saytlarin hazirlanmasi