"Qarabağ" tam heyətlə ilk məşqinə çıxdı

00:15 - 25 İyun 2015

Millinin üzvləri komandaya qoşuldu
 
“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı davam edir.
 
Sportal.az xəbər verir ki, komanda hazırlığın növbəti günündə tək məşqlə kifayətlənib. Müxtəlif səbəblərdən son 5 gündə natamam heyətlə çalışan ağdamlılarda milli futbolçular da düşərgəyə qoşulublar.
 
Rəşad Sadıqov, Maksim Medvedev, Elvin Məmmədov,  Coşqun Diniyev, Qara Qarayev, Cavid Tağıyev , Bədavi Hüseynov Bakıdan, İbrahim Sehiç isə Bosniyadan klubun qərarlaşdığı Kössen qəsəbəsindəki otelə gəliblər. 

Xəbər xətti