"Qarabağ" sürətlə davam edir FOTOLAR

11:49 - 29 İyun 2015

Avstriyada 10-cu gün

 

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq, 10 gündür   Kössün qəsəbəsində hazırlıqlarını sürdürən komanda gündə  2 məşqlə Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağ "Rudar"la oyuna hazırlaşır.

 

Komandanın səhər məşqi yerli vaxtla 10:45-də baş tutdu.  Fiziki yüklənmə üzərində qurulan çalışma 90 dəqiqə davam edib.

 

Günün 2-ci məşqi  yerli vaxtla 18:45-də (Azərbaycan vaxtıyla) baş tutub. Bu dəfə taktiki hazırlıq üzərində qurulan məşq də 90 dəqiqə davam edib. Ayağında yüngül zədə olan Dani Kintana isə məşqin müəyyən hissəsində iştirak etdi. İspan yarımmüdafiəçinin sabah komandayla tam məşq edəcəyi gözlənilir. 

 

Xəbər xətti