"Qarabağ" məşqə çıxdı, Quintana zədədən döndü FOTOLAR

11:09 - 30 İyun 2015

Çempion günü tək çalışmayla keçirib

 

"Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, artıq 10 gündür Avstriyanın  Kössen qəsəbəsində təlim-məşq toplanışında olan komanda günü tək çalışmayla keçirib.

 

Dünənki çalışmada Dani Quintananın yüngül zədə səbəbindən məşqi bitirə bilmədiyini bildirmişdik. Bugün baş tutan məşqdə ispan yarımmüdafiəçi komandayla çalışmada iştirak edib. 

 

Qeyd edək ki, “Qarabağ” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.  Ağdam təmsilçisi Kössen qəsəbə stadionunda Avstriyanın"SV Horn"komandası iləqarşılaşacaq. Oyun Bakı vaxtıyla 20:45-də start.

 

 

Xəbər xətti