Komanda günü 2 məşqlə keçirib
"Qarabağ" Avstriyada təlim-məşq toplanışına davam edir.
Sportal.az xəbər verir ki, 1 günlük istirahətin ardından komanda günü 2 məşqlə keçirib. Günün ilk çalışması fitnes zalında baş tutub. Yerli vaxtla 11:00-da başlayan çalışma 1 saat davam edib. Günün 2-ci məşqi 20:00-da (Azərbaycan vaxtıyla 23:00) baş tutub. Taktiki-texniki hazırlıq üzərində qurulan məşq 90 dəqiqə davam edib.
Qeyd etdiyimiz kimi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də məşqi izləyənlər arasında olub.
Sabah ağdamlıların növbəti yoxlama oyunu baş tutacaq. “Qarabağ” Ruminiya "Styaua"sı ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 20:30-da start götürəcək.
saytlarin hazirlanmasi