"Seltik"in baş məşqçisi: "Qarabağ" bizim Çempionlar Liqasındakı hədəflərimiz üçün təhlükədir"

15:30 - 27 İyul 2015

"Matç yüksək tempdə keçəcək"

 

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla "Qarabağ"la matç öncəsi maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, Deyla öz açıqlamasında bunları qeyd edib:

 

"Biz bazar ertəsi və ya çərşənbə axşamı oyunçularımıza "Qarabağ" klubunun oyunlarının videogörüntülərini göstərmək niyyətindəyik. Bu, bizim üçün çox böyük çağırış olacaq. Komandanın müdafiəçiləri kifayət qədər aqressivdilər, ona görə də, oyunda müxtəlif taktiki gedişlərdən istifadə olunacaq və matç yüksək tempdə keçəcək. 

 

Deyla deyib ki, tərkibində bir neçə braziliyalı və bir ispan oyunçusu olan "Qarabağ" hücum üslubunda oyun nümayiş etdirməyə üstünlük verəcək.

 

Qeyd edək ki, "Seltik" - "Qarabağ" qarşılaşması iyulun 29-da saat 23:45-də start götürəcək.

Xəbər xətti