"Seltik"in futbolçusu: "Növbəti mərhələyə adlaya bilərik"

18:34 - 27 İyul 2015

"Rəqibi təhlil edirik"

 

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Seltik”in futbolçusu Stefan Yohansen fikirlərini mətbuatla bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, Norveç yığmasının heyətində “Qarabağ”ın bəzi futbolçularına qarşı oynadığını qeyd edib: “Qarabağ”ın bəzi futbolçularına qarşı oynamışam. Norveç yığmasının heyətində Azərbaycanla görüşdə bu komandanın da bir neçə futbolçusu çıxış edirdi. Yadımdadı, “Qarabağ”ın üzvləri döyüşkən oyun göstərmişdilər”.

 

Yohansen “Qarabağ” haqqında vaxtilə “Qəbələ”də oynamış Con Kolinsdən məlumat topladığını deyib: Kollinslə danışdım. O da “Qarabağ”ın yaxşı komanda olduğunu dedi. Rəqibi təhlil edirik. Yaxşı olar ki, mübarizənin taleyini ilk görüşdə həll edək. Səfərdəki oyunda da mütləq qol vurmağa çalışmalıyıq. Əsas odu ki, öz oyunumuzu göstərə bilək. Əgər bunu bacarsaq, növbəti mərhələyə adlaya bilərik”.

Xəbər xətti