"Qarabağ"ın Qlazqoda son məşqi FOTOLAR

11:24 - 29 İyul 2015

 Yüngül hazırlıqla kifayətləndi

 

Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya çempionu "Seltik"lə qarşılaşacaq "Qarabağ" oyunun keçiriləcəyi "Seltik Park"da sonuncu hazırlığına çıxdı.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi yerli vaxtda 19:45-də (Azərbaycan vaxtıyla 23:45) məşqə başladı. Komandanın çalışması 1 saat davam etdi. Yağışlı hava şəraitində baş tutan məşqdə Qurban Qurbanovun yetirmələri yüngül məşqlə kifayətləndi.

 

Qeyd edək ki,  "Seltik"  - "Qarabağ" oyunu bugün Azərbaycan vaxtıyla 23:45-də start götürəcək.  Oyun İdman- Azırbaycan kanalı ilə canlı yayımlanacaq.

 

 

 

 

 

Xəbər xətti