"Matçın startını səbrsizliklə gözləyirik"
"Seltik"in yarımmüdafiəçisi Stüart Armstronq Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, "Qarabağ"a qarşı oynamağın çətin olduğunu deyib: "Bizi gərgin mübarizə gözləyir. "Qarabağ"ın oyunlarına baxmışıq. Rəqib meydanda yaxşı hərəkət edir, top saxlamağı bacarır, üstünlüyü əldə saxlamağa çalışır. Ümumiyyətlə, fərqli çempionatlarda, fərqli üslublarda oynayan komandalara qarşı mübarizə aparmaq çətindi".
Armstronq evdə 2-0 hesablı qələbə qazanmaq istədiklərini qeyd edib: "Amma biz qarşıdakı oyuna yaxşı hazırlaşmışıq. Ev oyununda 2:0 hesablı qələbə səfər öncəsi bizim üçün yaxşı üstünlük olardı. Baş məşqçimiz nəyi necə edəcəyimizi bizə başa salıb. "Seltik Park"da oynayacağıq. Matçın startını səbrsizliklə gözləyirik. Uğur qazanacağımıza ümidliyik. Amma rəqibimiz bizə problem yarada bilər. Bu üzdən də mərhələ adlamaq üçün əlimizdən gələni etməliyik".
saytlarin hazirlanmasi